Şənbə günü “Qızıl balıq” tamaşası yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılacaq

Rate this item
(0 votes)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Pərvin Nurəliyevanın “Qızıl balıq” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında hazırlanan eyniadlı nağıl-tamaşa növbəti dəfə nümayiş olunacaq.

 

Aprelin 22-də göstəriləcək tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir.

Səmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi üstün keyfiyyətləri təlqin edən tamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur. Bununla da müəllif balacalara sahib olduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik və azğınlığın acı sonluğunu göstərməyə çalışır.

Rejissorun əsərin ideyasından irəli gələrək qabartdığı məqamlardan biri də rahat həyatın, xoş münasibətin yoxsulluqda da mümkün olmasıdır ki, bunu da balıqçının humanist, mehriban, həssas obrazında nümayiş etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2023)