Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin kino forumunda iştirakçün onlayn qeydiyyat bu gün bitir

Rate this item
(0 votes)

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 20-21 aprel 2023-cü il tarixlərində  “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumu keçirilməsi ilə bağlı sizlərə xəbər çatdırmışdıq. Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, forumda  iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür və onlayn qeydiyyat bu gün başa çatır. Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildirilir. 

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)