Milli Aviasiya Akademiyasında Ümummilli Liderin 100 illiyinə həsr edilmiş “Qurtuluş” tamaşası göstərilib

Rate this item
(0 votes)

Martın 16-da Milli Aviasiya Akademiyasında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Qurtuluş” tamaşası göstərilib.

 

AzərTAC xəbər verir ki, tamaşa Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevin təşəbbüsü, Mədəniyyət Nazirliyinin və Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə MAA-da Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları tərəfindən səhnələşdirilib.

Tamaşa MAA-nın rektorunun köməkçisi, prorektorları, professor-müəllim heyəti və tələbələri tərəfindən böyük maraqla izlənilib.

Sonda Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri İftixar Piriyev MAA-nın rektoru, akademik Arif Paşayev başda olmaqla kollektivə təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)