“Mən dəyərəm min cavana” musiqili komediyası yenidən səhnədə

Rate this item
(0 votes)

Martın 12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” ikihissəli musiqili komediyası nümayiş olunub. 

 

Olduqca gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərinin ilk nümayişindən illər keçsə də, yenə də o, öz aktuallığını itirməyib və çox böyük maraqla baxılır. Tamaşanın budəfəki nümayişində rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal və sənət ocağının digər əməkdaşları iştirak ediblər. 

Qeyd edək ki, tamaşa illər öncə görkəmli teatr və kino aktyoru, “Şöhrət” ordenlı Xalq artisti Hacıbaba Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanıb. Lakin tamaşanın premyerasından 1 il öncə – 2006-cı ildə böyük sənətkarın 74 yaşında qəfil dünyasını dəyişməsi bütün planları dəyişir və 2007-ci ildə “Mən dəyərəm min cavana” onu sevənlərə bir təskinlik kimi təqdim olunur.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)