168 filmin qatıldığı Varşava kinofestivalının açılış mərasimi oldu Featured

Rate this item
(0 votes)

Cümə günü Polşanın paytaxtında ənənəvi Varşava kinofestivalı öz işinə başlayıb. Ümumilikdə, kinofestivalda cəmi 168 film - 50 ölkədən 99 tammetrajlı və 69 qısametrajlı film nümayiş etdiriləcək. Bu il təşkilatçılar 96 ölkədən 4,5 min müraciət qəbul etmişdilər, festivala düşmək çabaları böyük idi.
TASS-ın məlumatına görə, festivalın açılış mərasimində tamaşaçılar Rusiya, Estoniya və Fransanın birgə istehsalı olan, rejissorlar Nataşa Merkulova və Aleksey Çupovun "Kapitan Volkonoqov qaçdı" (2021) filmini seyr ediblər. Festivalın direktoru Stefan Laudin bu filmi özü üçün bu ilin sevimli lenti adlandırıb. "Bu filmdə bir az Sergey Bodrov var, bir az Andrey Tarkovski. Baş rolda Yuri Borisov çəkilib. Xahiş edirəm, bu adı xatırlayasınız. Mən onu "007"nin yeni hissəsində Bonda qalib gələcək şəxs rolunda görürəm", - deyə o, festivalın qonaqları qarşısında bu sözlərlə çıxış edib.
Varşava kinofestivalının baş mükafatı uğrunda - beynəlxalq müsabiqədə 15 film mücadilə aparacaq.
“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, Varşava kinofestivalı öz tarixini 1985-ci ildən aparır. 2009-cu ildə Beynəlxalq Kino prodüserlər Assosiasiyası Polşa kino baxışına yüksək "A"kateqoriyasını vermişdir. Bu şərəfli liqaya dünyanın 15 aparıcı kinoforumları daxildir. Varşava kinofestivalı ilə yanaşı, bura Kann, Berlin, Venesiya, San-Sebastyan, Lokarno, Karlovı Varı, Tokio, Tallin, Monreal, Şanxay, Mar-Del Plate, Qahirə, Qoa və Moskvada keçirilən festivallar daxildir.
Bu il Varşava festivalı artıq 37-ci dəfədir ki, keçirilir. Nümayişlər oktyabrın 17-dək davam edəcək. Elə həmin vaxt müsabiqə proqramlarının qalibləri məlum olacaq. Əsas mükafat qızıl şabalıd yarpağı  şəklində heykəlcikdir.