Şuşa Teatrı yeni mövsümü “Dovşanın ad günü” tamaşası ilə açacaq

Rate this item
(0 votes)

Şuşa Dövlət Musiqili Dram Teatrı yenimövsümünü oktyabrın 9–da uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşasının premyerası ilə açacaq.
Həmin gün Altay Məmmədovun “Dəli Domrul” tamaşası da oynanılacaq.
“Dovşanın ad günü” səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tamaşada rolları Ayşən Mirzəyeva, Məmmədova Gülarə, Günel İmanova, Sevinc Ağayeva, Təranə Əliyeva, Mir Qabil Əkbərov və Nihad Heybətov oynayacaq.
“Dəli Domrul” tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində rolları Əməkdar artist Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov və Emin Sevdiməliyev ifa edəcəklər.
Oxucularınıza teatrın tarixi barədə məlumat veririk.
Artıq 1848-ci illərdən başlayaraq mütərəqqi rus teatrlarından faydalanma sayəsində Şuşada ziyalılar arasında teatr tamaşaları göstərməyə meyl oyanmışdı. 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişidilərərk Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Ona dahi bəstəkar, şuşalı Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəs­karlar dram dərnəyin­də, daha sonralar xalq teatrında fəaliyyətlə­rini davam etdiriblər. Ta ki, 1990-cı ilin 11 may tarixinə qədər. Həmin gün AR Nazirlər Kabineti teatrın bərpası varədə qərarı verib. Həmin qərar əsasında 1992-ci ildə Mədəniyyət Nazirliyi teatrın fəaliyyətini bərpa edib. Amma Şuşanın işğalı ilə bağlı teatr Bakıya köçməli olub.
Uzun illər Şuşa teatrı Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşmışdı (1992–2005). Hazırda teatr Ba­kıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir (2005-ci ildən). Teatrın Bakıda ilk tamaşası 13 fevral 1993-cü ildə baş tutub. Bu, “Arşın mal alan” tamaşası olub.