Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrında növbəti premyera olub

Rate this item
(0 votes)

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yaradıcı kollektivi tanınmış türk yazıçısı Əziz Nesinin “Öldür məni, əzizim” əsərini səhnələşdirib.
AzərTAC-ın xüsusi müxbiri Tbilisidən  xəbər verir ki, sentyabrın 26-da Tbilisidə, Kote Marcanişvili adına Dövlət Dram Teatrının səhnəsində tamaşanın premyerası olub.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Giorgi Apxazavadır.
Tamaşada rolları aktrisalar Aida Tağıyeva, Leyla Qasımova və aktyor Telman İsfahanlı ifa ediblər.