Özbəkistanda “İpək yolu dürdanəsi” adlı beynəlxalq kinofestivalda Azərbaycan da təmsil olunacaq

Rate this item
(0 votes)

Sentyabrın 28-dən oktyabrın 3-dək Daşkənddə “İpək yolu dürdanəsi” adlı beynəlxalq kinofestival keçiriləcək.
AzərTAC-ın Daşkənddən verdiyi xəbərə görə, festivalda 14 ölkədən gələn 350 qonaq iştirak edəcək, 150 film nümayiş olunacaq.
Festival çərçivəsində Azərbaycan filmləri günü də keçiriləcək. Azərbaycan kinematoqrafçılarının filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstəriləcək.