Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqə barədə məlumat

Rate this item
(0 votes)

 

Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibi olmuş filmlərin çəkilişləri yekunlaşıb.

 

Bu barədə nazirlik məlumat verilib və “Ədəbiyyat və incəsənət” portalı da bu məlumata əsaslanır.

“On bir layihə əsasında 11 film çəkilib. Münsiflərin açıq səsverməsi yolu ilə keçirilmiş prosesdə 11 layihə (5 bədii, 4 sənədli, 2 animasiya film layihələri) qalib seçilib. Qalib ssenarilər onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə dəstəyi əsasında istehsal olunub. Artıq layihənin iki filmi - “Tarix” və “Qarabağ nağılı” animasiya filmləri nümayiş etdirilib”, -deyə nazirlikdən bildirilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)