İlkin Həsəni və “Buğlama” komandası ATV-ni tərk edib Xəzər”TV-yə getdilər

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, sənətçilər bundan sonra Xəzər TV ilə əməkdaşlıq edəcək.

Önümüzdəki günlərdə yeni serialla tamaşaçı qarşısına çıxmağa hazırlaşan "İlk Media"nın yeni layihələri də "Xəzər"də yayımlanacaq.

Qeyd edək ki, İlkin və komandasının "Bozbash Pictures", "Buğlama" kimi layihələri uzun illər ATV-də yayımlanıb. Daha sonra "Space" TV-yə keçən komanda istədiyi nəticəni əldə edə bilməyəndən sonra Xəzər TV ilə müqavilə bağlayıb.