Bu gün “Şuşa söhbətləri" layihəsinin növbəti görüşü keçiriləcək

Rate this item
(0 votes)

 

Sentyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin "Şuşa İli" ilə əlaqədar təşkil etdiyi "Şuşa söhbətləri" (Şuşa talks) layihəsinin növbəti görüşü keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə kino sənayesinin nümayəndələri, tanınmış kinoşünaslar, rejissorlar, aktyorlar, eləcə də bloger və influenserlərin iştirakı ilə "Tarixi zəfərimizə və mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş ekran əsərləri" mövzusu müzakirə olunacaq.