Bu gün DokuBaku Festivalı öz işinə başlayacaq Featured

Rate this item
(0 votes)

 

Bu gün açılacaq DokuBaku Beynəlxalq Sənədli Film Festivalının 6-cı buraxılışı üçün müxtəlif ölkələrdən on beş ekspertdən ibarət  beynəlxalq münsiflər heyətini fəaliyyətdə olacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, münsiflər  filmləri üç kateqoriya üzrə qiymətləndirəcəklər: Ən Yaxşı Tammetrajlı Sənədli Film, Ən Yaxşı Qısametrajlı Sənədli Film və Əsas Müsabiqədən Kənar.

Hər kateqoriya üzrə filmlər təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Bu il münsiflər heyətinə tanınmış sənədli kino rejissorları, kino və foto dünyasının  nümayəndələri daxildir. Onların arasında çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi və Amerika Kino Akademiyasının münsiflər heyətinin üzvü Sergey Dvortsevoy, fransalı fotojurnalist, çoxsaylı beynəlxalq mükafatların, o cümlədən UNİCEF mükafatının laureatı, Fransanın Milli Fəaliyyət Ordeni sahibi Reza Deqati və EMMY mükafatı laureatı, Oskar mükafatına namizəd olan prodüser Kirstin Barfod vardır.

Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və senaristi, bir çox kino festivallarının laureatı Pavel Lozinskidir. O, festival çərçivəsində özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək.

Səsvermə proseduru onlayn və şəxsən baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək. Qaliblər festival günlərində elan olunacaq.

Qeyd edək ki, DokuBaku Azərbaycanda ilk və yeganə müstəqil Beynəlxalq Sənədli Film Festivalıdır. 2017-ci ildə təsis edildiyi gündən festivalın məqsədi beynəlxalq proqramda dünyanın müxtəlif ölkələrindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdən ibarətdir.

Festivala sentyabrın 25-də yekun vurulacaq.