Türklərin “Atiye” serialı ətrafında qalmaqal yaranıb

Rate this item
(0 votes)

 

Baş rolunu aktrisa Beren Saatın canlandırdığı "Atiye" serialı ilə bağlı yeni iddia ortaya çıxıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Axşam.az-a istinadən xəbər verir ki, layihənin ssenarisinin türk yazıçısı Ece Özbaşın kitabından götürüldüyü iddia olunub. Bu səbəbdən məsələ ilə bağlı məhkəməyə müraciət edilib. Sözügedən addımı atmaqda serialın prodüseri təqsirli bilinir.

Qeyd edək ki, ekran işinin digər baş rolunu Mehmet Günsür ifa edib.