Bu gün Nizami Kino Mərkəzində “Artilleriyanın atası” adlı sənədli filmin təqdimatı olacaq

Rate this item
(0 votes)

 

Bu gün - İyulun 14-də Nizami Kino Mərkəzində Tovuz döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

 

Mədəniyyət Nazirliyinin “Salnamə” studiyasında çəkilmiş film zəfərə aparan yola mühüm təkan vermiş Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunub. 

Qeyd edək ki, filmin rejissoru Kəmalə Musazadə və prodüseri Nazim Hüseynovdur.