Ən çox baxılan “Cənub Parkı" cizgi seriyası 30-cu mövsümədək uzadıldı

Rate this item
(0 votes)

Hazırda" Cənub Parkı " 24 mövsümdür ki, nümayişdədir, 25-in çıxışı 2022-ci ilə planlaşdırılır, 30-cu mövsüm isə 2027-ci ildə istehsala  buraxılacaq.

MTV Entertainment Studios şirkəti ilə "South Park" (South Park, 1997 - hazırda) cizgi serialının yaradıcıları  Tree Parker və Mett Ston arasında serialın 30-cu mövsümədək uzadılmasına dair sövdələşmə imzalanıb. Bu barədə «Ədəbiyyat və incəsənət” portalı animasiya seriyasının saytına istinadən məlumat verir.
"Comedy Central" kanalında "Cənub Parkı" teleserialı 30-cu mövsümədək uzadılır",-deyə məlumatda bildirilir. Hazırda “Cənub Parkı " 24 mövsümünü keçirir, 25-in çıxışı 2022-ci ilə planlaşdırılır, 30-cu isə, bəyanata əsasən, 2027-ci ildə buraxılacaq. Bundan başqa , sövdələşmə "Paramount" striminq xidməti əsasında "Cənub Parkı"nın motivləri əsasında 14 tammetrajlı filmin buraxılmasını nəzərdə tutur, onlardan ikisi 2021-ci ildə işıq üzü görəcək.
Xatırladaq ki, “Cənub Parkı" cizgi seriyası 1997-ci ildə debüt edib. Onun əsas qəhrəmanları - Kolorado ştatının eyniadlı kiçik şəhərciyində yaşayan və müntəzəm olaraq qeyri-adi vəziyyətlərə düşən dörd məktəblidir. Cizgi filmi qara yumorla tanınır, həmçinin satirik tərzdə Amerika cəmiyyətinin kəskin sosial və siyasi problemlərinə toxunur.