75-ci Kann Film Festivalının vaxtı müəyyənləşdi

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, 10 gün ərzində Baş mükafat uğrunda 24 kinolentin mübarizə apardığı 74-cü Kann kinofestivalı Fransa təmsilçisi olan qadın rejissor və ssenarist Culiya Dyükornonun “Titan” (Titane) dramının qalibiyyəti ilə başa çatdı. Dyükorno “Qızıl palma budağı”na layiq görüldü.
Finlandiyalı rejissor Yuxo Kuosmanenin “6 nömrəli kupe” filmi , habelə iranlı rejissor Əsgər Fərhadinin “Qəhrəman” filmi Qran-pri mükafatına layiq görüldülər. Leos Karaks “Annett” filminə görə ən yaxşı rejissor, Rusuke Xamaquti “Mənim maşınımın sükanı arxasına keç” filminə görə ən yaxşı ssenarist elan olundular.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu arada 75-ci Kann Film Festivalının keçirilmə vaxtı müəyyənləşdi. Festivalın rəsmi saytı bildirir ki, festival 2022-ci ildə mayın 17-dən 28-dək keçiriləcək.
Məkan isə dəyişməzdir - Kann kurort şəhərinin Festivallar və Konqress Sarayı.