ÖTƏN İL BU GÜN: "Çöküş anatomiyası" üçün "Qızıl Palma budağı" – Qələbənin traektoriyası Featured

Ötən ilin bugünkü 30 may günündə bütün diqqətlər Fransaya, Kəhraba sahilə yönəlmişdi. "Çöküş anatomiyası" filmi üçün "Qızıl palma budağı”nı alan aktyorlar və rejissor layihə üzərində necə işləmələri barədə Euronews-a danışmışdılar. “Ədəbiyyat və incəsənət” portalının tərcüməçisi də efirə növbətçilik edərək bu maraqlı məlumatı oxucular üçün hazırlamışdı.

 

Juli Dyukurno "Titan" filminə görə "Qızıl Palma budağı " aldıqdan iki il sonra, 2023-cü ildə Kann kinofestivalının baş mükafatı yenidən fransız rejissoruna verildi. Bu dəfə qadın rejissora - Castin Trieuya.

Castin Trieunun "Çöküş anatomiyası" üç dildə bir cütlüyün həyatının ən qaranlıq məqamlarını tədqiq edir, cütlüyün qadın obrazını alman aktrisası Sandra Hüller canlandırır. Və bu qadın qətldə ittiham edillr.

 

CASTİN TRİEU

Rejissor Castin Trieu söyləyir: "Əvvəldən dil bizim üçün çox vacib bir nəsnə idi və həqiqətən lap əvvəldən layihənin mərkəzində idi. Və mütləq həqiqətdir ki, birlikdə belə bir təcrübə əldə etmək çox xoş idi".

 

SANDRA HÜLLER

Sandra Hüller – milliyyətcə alman olan aktrisa isə söyləyir: "Bir nəfərin qərar verib başqalarına nə edəcəyini söyləməyindənsə, birlikdə işləmək həmişə yaxşıdır. Rejissorun qadın olması mənimçün xüsusən önəmli idi. O, hər kəslə məsələləri müzakirə edir və kollegial olaraq düzgün həll yolu tapmağa çalışırdı. Və bu da gördüyümüz işi o qədər dolğun,  şən və fərəhli edirdi ki."

 

Filmin adından da göründüyü kimi, “Çöküş anatomiyası" bir insanın fatal olaraq çöküşünün, ölümcül düşməsinin təsadüfi olub olmadığını öyrənmək üçün təhlil edir. Məhkəmə isə həqiqətin həmişə aşkarda olmadığını göstərəcəkdir.

 

FREDERİK PONSAR

Frederik Ponsar – Еuronews”un şərhçisi isə söyləyir: "Film yalnız bir neçə favoritlərdən biri olsa da, münsiflər heyəti bu xüsusi lenti qalib seçdi və gənc fransız rejissoru çox dərin Avropa filminə görə mükafatlandırdı. Aktiv siyasi mövqe tutaraq Castin Trieu müəllif filmi ideyasını bacarıqla müdafiə edir." 

 

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)