Yaponlar Bakıda “No” tamaşasını nümayiş etdiriblər

Rate this item
(0 votes)

Yüksək sənətkarlıq keyfiyyətinə görə Yaponiyanın  “No” teatr sənəti incəsənət növü kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Və Yaponiyanın Azərbaycandakı səfirliyinjn təşkilatçılığı ilə Yaponiyanın Hoşo Teatrı Azərbaycana “No” teatr sənətinin nümayişi üçün gəlib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, teatrın rəhbəri Hoşo Kazufusa tamaşa öncəsi jurnalistlərə açıqlamasında deyib: 

“Altı yüz ildən çox tarixi olan “No” teatr sənəti Yaponiyanın ən qədim ifaçılıq nümunəsidir. Ənənəvi ədəbiyyat nağılları əsasında qurulan “No” tamaşası rəqs əsaslı səhnələri, maskaları, geyimləri və digər müxtəlif atributları özündə ehtiva edir. Belə bir ənənəvi tamaşanı Azərbaycanda ilk dəfə nümayiş etdirməkdən böyük şərəf duyuruq.

Baxmayaraq mən Azərbaycana ilk dəfədir gəlirəm, görürəm ki, bu ölkə ilə Yaponiya arasında kifayət qədər oxşarlıqlar var. Düşünürəm ki, bunlar qədim tarixə malik İpək Yolundan gələn bənzərliklərdir. Azərbaycan “Odlar Yurdu” adlanır. Müəyyən mənada, Yaponiyanın da od-alovla əlaqəsi var. Çünki Yaponiya dünyada “Gündoğar ölkə” kimi tanınır.

O ki qaldı tamaşaya, tamaşa anşlaqla keçib. 

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)