“Əqrəb mövsümü” serialının ikinci hissəsini yazıçı Ceyhun Hidayətli özü yazmır Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

İctimai Televiziyada gedən “Əqrəb mövsümü” serialı sözün həqiqi mənasında sevildi. Və indi hamı onun davamını gözləyir. Bəs nə zaman ekran qarşısında əyləşib filmin davamını görəcəyik? 

 

Cavab bu cürdür: səs-küy yaradan “Əqrəb mövsümü” serialının ikinci hissəsinin çəkilişləri hələ davam edir. Bunu filmin rejissoru Emil Quliyevə istinadən deyirəm. Emil Quluyev bildirib: “Əqrəb mövsümü” serialının çəkilişləri beş ay davam edən hazırlıqlardan sonra baş tutub. Hazırda çəkilişlər gedir və son çəkiliş planı yanvarın 23-dək davam edəcək. 12 bölümlük serialın payız aylarında efirə verilməsi planlaşdırılır”.

 

Və elə bu yerdəcə serialın ikinci hissəsinin çəkilişi ilə bağlı əldə etdiyim bir məlumatı da paylaşmaq istəyirəm. 

İş ondadır ki, serial tamaşaçılar tərəfindən bəyənildiyinə görə İctimai TV-nin rəhbərliyi ikinci hissənin çəkilməsi üçün yaradıcı heyətə sifariş verib. Lakin “Əqrəb mövsümü” romanının müəllifi Ceyhun Hidayətli bitmiş romanın davamını gətirməyi qeyri-mümkün hesab etdiyindən bu işi aktyor Azər Aydəmir boynuna götürüb və ssenarini yazıb. 

Beləliklə, bu dəfə ssenari əvvəlkindən fərqli olaraq kitabın motivləri əsasında deyil, Azər Aydəmirin iddia etdiyinə görə, real hadisələr əsasında yazılıb.

Hər nədisə, tamaşaçılar baxmağa səbirsizlənirlər.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)