Gənc Tamaşaçılar teatrında “Tıq-tıq xanım” oynanılacaq

Rate this item
(0 votes)

 

Yanvarın 13-14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq, Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesi əsasında hazırlanan eyniadlı tamaşasının premyerası olacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

“Tık-tık xanım” nağıl-tamaşası uşaqların sevimli nağıl qəhrəmanının başına gələn məzəli əhvalatlardan bəhs edir. Uzun illər Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan bu tamaşa hazırda uşaqlar üçün yeni quruluşda, müasir üslubda hazırlanıb.

Səhnə əsərində rolları Aydan Həsənzadə, Xəyalə Qasımova, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Hilal Dəmirov, İlhan Sadıqov, Ramil Şamiloğlu, Ramiq Nəsirov ifa edir.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)