Mingəçevir Teatrında Xeyrəddin Qocanın “Zamanın ruzigari” tamaşası nümayiş olunub

Rate this item
(0 votes)

Mingəçevir Dövlət Dram Teatrı tanınmış yazıçı Xeyrəddin Qocanın “Zamanın ruzigari” pyesi əsasında “Molla Nəsrəddin” tamaşasını nümayiş etdirib.

 

Cəlil Məmmədquluzadənin keşməkeşli həyatından, “Molla Nəsrəddin” jurnalının nəşrinin çətinliklərindən bəhs edən pyesi quruluşçu rejissor Vüsal Mehrəliyev səhnələşdirib.

Səhnə əsərinin quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistentləri İlahə Qasımova, Çiçək İsmayılzadədir. Rəqslərin quruluşu Eyvaz Əliyevə məxsusdur.

Tamaşaçılar Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin obrazlarını səhnədə sürəklə alqışlayıblar.

Rolları teatrın aktyorları Aydın Quliyev (Mirzə Cəlil), Vüsalə Əliyeva (Həmidə xanım), Paşa Salmanov (Mirzə Ələkbər Sabir), Şıxı Yaqubov (Əbdürrəhim bəy Haqverdiyev), Hüseyn Mustafayev (Kefli İsgəndər), Qabil İbrahimli (Hacı Həsən), Arif Əhmədov (Vəli Xan), Asim Məmmədov (Novruzəli) oynayıblar.

Tamaşa ilk səhnələrdən rəğbətlə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.10.2023)