Günün fotosu: Avropaya dəhşətli istilər gəlir Featured

Günün fotosu: Avropaya dəhşətli istilər gəlir

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

Foto: AP

 

Bizdə iyun hələ ki elə də isti keçmir. Şənbə günü səhər yağan leysan isə sanki ruhumuza bir sərinlik çilədi. Zira, Avropa dəhşətli istilərlə baş başadır. Xüsusən, Cənubi Avropa, ələlxüsus, İtaliya. 

 

Euronews kanalında nümayiş etdirilən bir süjetdə Şimali Afrikadan gələn qaynar küləklər tərəfindən idarə olunan isti hava axınlarının Cənubi Avropanı əhatə etməsindən danışıldı. Xüsusilə İtaliya və Balkanlarda temperatur sürətlə yüksəlir.

İtaliyanın səkkiz şəhərində yaxınlaşan dəhşətli istiliklə bağlı xəbərdarlıqlar yayılıb. 

 

Meteoroloqlar deyirlər ki, bu il özündə ən isti il olmaq riski daşıyır və Siciliyada 2021-ci ildə qeydə alınan rekord dərəcədə isti - kölgədə 48,8 dərəcə bu il dəyişilə bilər.

 

Bu arada onu da əlavə etmək istəyirəm ki, anomal isti hava insanlara yaşından, fitnessindən və sağlamlıq vəziyyətindən asılı olaraq müxtəlif yollarla təsir edir.

Londondakı bir qrup elm adamı, professor Lyuis Halsey ilə birlikdə istilik axınpndan  əziyyət çəkəndə insan orqanizminə nə baş verdiyini müəyyənləşdirməyə çalışıblar.

Lyuis Halsey fiziologiya professorudur, Rohampton Universitetində çalışır. O, deyir: 

"Əgər temperatur 40 dərəcədən yuxarı qalxarsa, biz artıq risk zonasındayıq. Bəzi insanlar keçinə bikəcək, bəziləri isə fəsadlarla üzləşəcək. 40 dərəcədən yuxarı istilərdə bəzi orqanlar fəaliyyətindən imtina etməyə başlaya bilər. Bunun səbəbi protein denaturasiyası ola bilər. Yəni istidə zülallar şəklini dəyişdirir, bu da bəzilərinin parçalanmasına səbəb olur. Bunlar bədənin həddindən artıq istiləşməsinin ilk qorxulu əlamətləridir."

Bəli, həyəcan təbili çalınır. Qlobal istiləşmə get-gedə özünü göstərməkdədir. 

Allah hər kəsin köməyi olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2024)