Günün fotosu: Rusiyada Boris Nadejdin fenomeni

Rate this item
(0 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bütün Rusiyada insanlar prezidentliyə namizəd Boris Nadejdinin qeydiyyatı üçün imza qoymaq növbəsinə dururlar, baxmayaraq ki, çoxları dəyişikliyə inanmadıqlarını etiraf edirlər.

 

Prezident seçkilərində iştirak etmək niyyətini bildirən Liberal siyasətçi Boris Nadejdini dəstəkləmək üçün Rusiyada minlərlə insan ayağa qalxıb. 

(Foto: Euronews)

 

Demək, namizəd kimi qeydiyyat üçün ən azı 100.000 imza toplamaq lazımdır. Rusiyanın Ukraynadakı hərəkətlərinə qarşı açıq danışan yeganə potensial namizəd olan Botis Nadejdin 100.000 imzanı qısa zamanda toplaya bilib. 

“Mən hər kəsin tərəfdarı olaram, hətta keçəl şeytana  belə səs verməyə hazıram, yalnız bir şey dəyişəydi təki. Hərgah, bunun mümkünsüz olduğunu da başa düşürəm…” deyir Nadejdin. 

Kremldə isə deyirlər ki, Nadejdin Putin üçün ciddi rəqib deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Peskov Nadejdinin qərargahından onun üçün artıq 100 mindən çox imza toplandığı bildirildikdən sonra deyib.

Rus dilini bilməyən oxucularımız üçün deyək ki, Nadejdinin soyadı tərcümədə ümidli olmaq deməkdir.

Bəli, Rusiya ümidlidir.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2024)