Günün fotosu: Futbol üzrə 2030-cu ilin dünya çempionatı 3 qitədə keçiriləcək

Rate this item
(0 votes)

Günün fotosu: Futbol üzrə 2030-cu ilin dünya çempionatı 3 qitədə keçiriləcək

 

Futbol üzrə Dünya Çempionatının oyunları ilk dəfə üç qitədə keçiriləcək. FİFA Şurası İspaniya, Portuqaliya və Mərakeşin turnirə ev sahibliyi etmək üçün yeganə namizəd kimi birgə müraciətinə" yaşıl işıq" yandırıb.

Turnirin üç start oyunu isə Cənubi Amerikada - Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Niyə? 1930-cu ildə Uruqvayda keçirilən futbol mundialının 100  illiyi şərəfinə. 

Açılış oyunu Montevideoda "Estadio Centenario"da, final isə Madriddə məşhur "Santyaqo Bernabeu" da keçiriləcək.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)