Mədəniyyət Nazirliyi tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticələri

Rate this item
(0 votes)

Nazirliyin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə 4-14 iyul 2023-cü il tarixlərində kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmiş namizədlərin nəticələri bəlli olub.


“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçən 108 namizəddən 104-ü imtahanda iştirak etmiş, onlardan 30 nəfər tələb olunan keçid balını toplamış, 25 nəfər seçdikləri müvafiq vəzifələrə uyğun olaraq təyinatı ilə bağlı qərar qəbul edilmişdir. 5 nəfər isə ehtiyat kadrlar siyahısına əlavə edilmişdir.
Nəticələrə dair şikayəti olan şəxslər 20-24 iyul 2023-cü il tarixlərində This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər.

Müsahibənin nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://bit.ly/43zgtPi

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)