Kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticələri bəlli olub

Rate this item
(0 votes)

Mədəniyyət Nazirliyi sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmiş namizədlərin nəticələri bəlli olub.

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçən 108 namizəddən 104-ü imtahanda iştirak edib, onlardan 30 nəfər tələb olunan keçid balını toplayıb, 25 nəfər seçdikləri müvafiq vəzifələrə uyğun olaraq təyinatı ilə bağlı qərar qəbul edilib. 5 nəfər isə ehtiyat kadrlar siyahısına əlavə edilib.

Nəticələrə dair şikayəti olan şəxslər iyulun 20-24-də This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apelyasiya Şurasına müraciət edə bilərlər.

Müsahibənin nəticələri ilə bağlı https://bit.ly/43zgtPi linkdən məlumat əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)