Təsviri sənət istiqamətini seçən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Rate this item
(0 votes)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 10, 11 və 12-ci komissiyalara aid rəsm fənni üzrə keçirilmiş qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq (10 və 11-ci komissiya) və yapma (12-ci komissiya) imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, təsviri incəsənət müəllimliyi (13-cü komissiya) və 9 illik təhsil bazasında 211-ci komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlərin də “İmtahana buraxılış vərəqəsi” qeydiyyatdan keçdikləri səhifələrində yerləşdirilib.

Qabiliyyət imtahanlarının qrafiki ilə DİM-in saytında tanış olmaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)