İlkin olaraq vizuala xitab etməyi bacarmaq lazımdır Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğu rubrikasında bu dəfə respondentlər portalın vatsapp qrupunun üzvləridir. “Mədəniyyəti internet və mobil telefon təcavüzündən necə xilas etmək olar” sualı qoyulub. Cavablar iki gün ərzində sizlərə təqdim edilib. Son iki cavabı diqqətinizə çatdırırıq.

Əziz oxucular, bəs sizlər necə düşünürsünüz? Bəs, sizcə, mədəniyyəti internet və mobil telefon təcavüzündən necə xilas etmək olar?

 

 

EKSPRESS-SORĞU

 

Bu gün yazıçı, rejissor, bəstəkar, rəssam necə bir mədəniyyət nümunəsi ortaya qoymalıdır ki, kütləni internet yoluxmasından qopara bilsin? Hansı kriteriyalara riayət etməlidir? 

Çapa hazırladı: Könül.

 

Elə bir zamandayıq ki,internetdən qopmaq çətin haldır. Amma məktəblərdə, dövlət və özəl müəssisələrdə təbliğat xarakterli görüşlər keçirilməsi kimi halların vacibliyini düşünürəm. Təəsüf ki, başqa cür düşünmək çətindir. Həmçinin spotify şəbəkəsində hər bir yazar öz podkastlarını yayımlasa yaxşıdır. (Elnurə Nağıyeva)

Məzmunla yanaşı, düşünürəm ki, müasir dövr elə internetin təməlini təşkil edir. İnternetdən qoparmaq yerinə interneti yararlı hala gətirmək olar. Məsələn, müasir proqramlar vasitəsilə gənc yazıçı, bəstəkar, rejissor və s. incəsənət nümayəndələri özlərinə müəyyən kütlə yığa bilərlər, eyni zamanda bu, daha az maddiyyat tələb edər başlanğıc üçün. Səmərəli şəkildə istifadə etməyi bilsək, düşünürəm ki, internetdən qopma yolları axtarmağa gərək qalmaz. Amma zərərlərdən uzaqlaşmaqdan söhbət gedərsə əgər, onda belə bir fikir irəli çəkə bilərik, məsələn kitab qapaqları və ilk səhifələr oxucunun ilk diqqətini çəkəndir. Daha diqqətçəkici, düşündürücü kitab qapağı pdf kitabdansa real kitaba üstünlük gətirər. Musiqi albomlarında və onların dizaynlarındakı fərqliliklər də nümunə göstərilə bilər. Yəni ilkin olaraq vizuala xitab etməyi bacarmaq lazımdır. (Səfərova Leyla) 


“Ədəbiyyat və incəsənət”

(13.07.2023)