Uşaq İncəsənət Festivalının ikinci mərhələsi başladı

Rate this item
(0 votes)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, "BP Azerbaijan" şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının ikinci mərhələsi başladı.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir  ki, regional mərhələ Azərbaycan Respublikasının 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçiriləcək.

Birinci mərhələdə iştirak edən şəxslər ikinci mərhələyə keçmələri, o cümlədən festivalda iştirakın müəyyən edilən vaxtı və məkanı haqqında məlumatları www.uif.az rəsmi internet portalından əldə edə bilərlər. Bunun üçün www.uif.az saytına daxil olaraq “II mərhələ” bölməsinə keçid edərək iştirakçının qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaq lazımdır. 

Festival məkanına gələrkən iştirakçılardan şəxsiyyətlərini təsdiq edən sənədi və iştirak məlumatlarının çap olunmuş formatını özləriylə gətirmələri xahiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2023)