Azərbaycan Milli QHT Forumu Prezident Ərdoğanı təbrik edib

Rate this item
(0 votes)

Azərbaycan Milli QHT  Forumunun prezidenti Rauf Zeyni Forumun üzvləri və öz adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğana təbrik ünvanlayıb. 

Təbrik mətnində deyilir:

 

"Sayın Cümhurbaşkanı!

Sizi 28 May 2023-cü il tarixində keçirilən seçkilərdə Türkiyə Cümhuriyyətinin 13-cü prezidenti seçilməyiniz və həmçinin AKP-nin qələbəsi münasibətilə, Azərbaycan Sivil Toplum Kuruluşları Forumunun üzvləri və şəxsən öz adımdan təbrik edir, Türkiyə xalqının və türk dünyasının rifahı və inkişafı naminə fəaliyyətinizdə Sizə daha böyük uğurlar və qələbələr arzulayırıq. İstər 14 may seçkiləri istərsə də 28 may seçkilərində Türkiyə, dünyaya demokratiya dərsi keçdi.

Rəhbərlik etdiyiniz dövrdə Türkiyə Cümhuriyyəti daha nüfuzlu, beynəlxalq aləmdə öz milli iradəsini, hərbi qüdrətini, dövlət suverenliyini və müstəqil xarici siyasətini bütün dünyaya nümayiş etdirdi. Bundan sonrakı dövrlərdə də Türkiyə Cümhuriyyətinin demokratiyası, güclü və qüdrətli bir dövlət olması yolunda fəaliyyət göstərəcəyinizə inanır və Uca tanrıdan Sizə və xalqınıza uğurlar diləyirik.

Azərbaycanın 44 günlük Vətən müharibəsində və ondan əvvəlki və sonrakı dövrlərdə də dövlətimizin və xalqımızın o cümlədən, ölkə prezidenti cənab İlham Əliyevin hər an yanında olduğunuz üçün bütün Sivil Toplum Kuruluşları adından sizə dərin minnətdarlığımızı bildiririk.

“Türkiye yüzyılı” deyərək başladığınız yeni dövrdə Sizə və Türkiyə Respublikasına, qardaş türk xalqına sülh və əmin-amanlıq, yüksək inkişaf və parlaq qələbələr arzu edirik.

Dərin hörmət və ehtiramla,

Rauf Zeyni

Azərbaycan Milli Sivil Toplum Kuruluşları

Forumunun prezidenti

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)