Ərəb mediasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Rate this item
(0 votes)

 

Misir, Əlcəzair, İordaniya, Suriya, Mərakeş, İraq və Liviyanın qəzet və portallarında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş geniş məqalə dərc edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu məqalədə bu günlərdə xalqımızın və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların dahi siyasətçi, Azərbaycanı parçalanma və məhv olma təhlükəsindən xilas edərək inkişaf və əmin-amanlıq yoluna çıxaran Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyi bildirilib. Müəllif diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. 

Heydər Əliyevin müdrik siyasi kursunun layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etməsi, İkinci Qarabağ müharibəsində qazanılan böyük Qələbədən bəhs edən S.Nəsirov vurğulayıb ki, qalib ölkəmiz Ermənistanla hərtərəfli sülh sazişinin əldə edilməsi, regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olması istiqamətində səylərini davam etdirir. 

Xalqımızın Ümummilli Liderinin zəngin həyat və fəaliyyəti haqqında ərəb ölkələrinin ictimaiyyətinə ətraflı məlumat verən tədqiqatçı-alim qeyd edib ki, Heydər Əliyevin fədakarlıqla dolu həyatının hər bir anı Azərbaycan xalqı üçün iftixar mənbəyi və milli sərvətdir. 

Məqalə “Vetogate”, Alnuhud”, “Rayetmısr”, “Elalmeralby”, “Nayoruz”, “Al Harir”, “Agnaden” və digər media orqanlarında dərc edilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)