III Karl və Kamilla Liverpulda "Avrovijn-2023" səhnəsini təqdim ediblər Featured

Rate this item
(0 votes)

Böyük Britaniya taxt-tacının növbəti sahibi olacaq 3-cü Karl tacqoyma mərasimi  ərəfəsində həyat yoldaşı Kamilla ilə ölkə turuna çıxıb. Tur zamanı onlar müharibə şəraitində olan Ukrayna adından Liverpulda keçiriləcək Avrovijn mahnı müsabiqəsinin səhnəsini ziyarət ediblər.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.

 

3-cü Karlın tacqoyma mərasiminə bir həftədən bir az çox vaxt qalıb. Üç günlük qeydetmələrin əsl bayram səviyyəsində olacağı gözlənilir. Ölkəyə çoxlu qonaqlar gələcəklər və bunun da ingilis xəzinəsinə böyük gəlir gətirəcəyi gözlənilir. Təsəvvür edin ki, aviabilet və otellərin onlayn bronu 

435 faiz yüksəlib. Bu isə başgicəlləndirici rəqəmdir.

 

Şəkildə: 3-cü Karl və Kamilla Liverpulda "Avrovijn-2023" səhnəsini təqdim edirlər.   - Müəllif Hüquqları Phil Noble / Pool Photo via AP Alexander Kazakevich

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)