Üzeyir Hacıbəylinin ev-muzeyində "Milli musiqi” müsabiqəsi layihəsinin açılış mərasimi olub

Rate this item
(0 votes)

Üzeyir Hacıbəylinin ev-muzeyində “Xurşidbanu Natəvanın 190 illiyinə və Üzeyir Hacibəylinin yaradıcılığına həsr olunmuş "Milli musiqi” müsabiqəsi layihəsinin açılış mərasimi təşkil edilib.

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, ziyalılar, eləcə də media nümayəndələri iştirak ediblər.

Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov və layihə rəhbəri, gənc muğam ifaçısı Yusif Cəfərbəyli tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihənin əsas məqsədi gənc milli musiqi ifaçılarının ustad dərslərində iştirakını təmin edərək bacarıqlarını inkişaf etdirmək və gənc istedadların üzə çıxmasına dəstək olmaqdır.

Tədbir bədii hissə ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2023)