UNESCO-da İpək Yolları Proqramının 35 illiyi qeyd edilir Featured

Rate this item
(0 votes)

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Parisdə yerləşən Baş qərargahında İpək Yolları Proqramının 35 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. UNESCO-nun Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Oman ilə birgə təşkilatçılığı ilə baş tutan tədbirlər çərçivəsində 2023-cü ilin 6 aprel tarixində “İpək Yolları Müxtəliflik, Dialoq və Sülh” mövzusunda Beynəlxalq Forum öz işinə başladı. Forumun nazirlər panelində ölkəmiz adından çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın tarixən İpək Yolları üzərində yerləşən ölkə olaraq zəngin mədəni irsə malik olduğunu qeyd etdi.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 6 aprel tarixində UNESCO ilə Azərbaycan arasında ikitərəfli görüş keçirildi.

Həmçinin yubiley tədbirləri çərçivəsində təşkilatın binasında “İpək yolları gənclərin gözü ilə” adlı xüsusi  sərginin açılışı da oldu. Azərbaycan tərəfindən təqdim edilən sərginin “Öz İpək Yolunu Azərbaycanda tap” şüarı ilə keçirildiyini və bizi birləşdirən zəngin mədəni irsə həsr edildiyini bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)