Xaricdə keçirilən Novruz şənliklərinin reytinqi - 7-ci yer. Misir

Rate this item
(0 votes)

Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.

 

7-ci yer. Misir

 

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin Novruz bayramı münasibətilə təşkil etdiyi tədbir paytaxt Qahirədə baş tutmuşdu. Misirdə yaşayan Azərbaycan diaspor nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən ölkəmizin Misirdəki səfiri Elxan Poluxov xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, əsrlərdir qeyd olunan Novruz bayramı münasibətilə diaspor nümayəndələrini və səfirlik əməkdaşlarını təbrik edərək xoş arzularını bildirdi, Novruz atributları haqqında geniş məlumat verərək, bu bayramın özündə ümumbəşəri dəyərləri, xalqımızın çoxəsrlik ənənələrini, milli-mənəvi irsə bağlılığını tərənnüm etdirdiyini söylədi. E.Poluxov xalqımızın öz ənənələrinə sadiqliyinin bariz nümunəsi olan Novruz bayramının xaricdə yaşayan soydaşlarımızın vətənə bağlılıq hisslərini gücləndirdiyini və ölkəmizin milli maraqları baxımından birgə fəaliyyətlərini daha da təşviq etdiyini vurğuladı. 

Tədbir çərçivəsində iştirakçılara Novruz şirniyyatları təqdim olundu, ənənəyə uyğun olaraq tonqal qalandı, Azərbaycan musiqisinin sədaları altında rəqslər ifa edildi, xalqımızın Novruza xas olan adət-ənənələri və ayinləri canlandırıldı. 

Misirlilər özləri də belə bir bayram keçirməyi arzuladılar. 

Əsl reytinqə düşən şənlik oldu.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)