TÜRKSOY BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun 159-cu üzvü olub

Rate this item
(0 votes)

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) Dostlar Qrupunun 159-cu üzvü olub. 

 

Bu barədə TÜRKSOY-un rəsmi saytında xəbər verilir və bildirilir ki, bununla əlaqədar BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi TÜRKSOY-a məktub göndərib.

Baş katib Sultan Rayev TÜRKSOY-un BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupuna üzvlüyü ilə bağlı bəyanatında TÜRKSOY-a üzv ölkələr ilə UNAOC arasında sıx əlaqələr olduğunu vurğulayıb. O, 2023-cü ildə 30 illik yubileyini qeyd edəcək TÜRKSOY-un UNAOC ilə əməkdaşlıq çərçivəsində, rəhbəri olduğu təşkilatın dünyanın ayri-ayri ölkələrində tanıdılması üçün müxtəlif layihələr həyata keçirməyə hazır olduqlarını bildirib. Qeyd edilib ki, TÜRKSOY və UNAOC indiyədək milli və beynəlxalq səviyyədə həyata keçirdikləri fəaliyyətlərlə mədəni diplomatiyanın tərəfdarları kimi güclərini birləşdirəcəklər.

Xatırladaq ki, 2022-ci ildə TÜRKSOY-un baş katibi Sultan Rayev və UNAOC-nin Ali Nümayəndəsi Migel Angel Moratinos arasında BMT Sivilizasiyalar Alyansı Təşəbbüsü Forumunda əməkdaşlıq protokolu imzalanıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)