Qoruqlarda bilet satışından 2 milyon manata yaxın vəsait əldə edilib

Rate this item
(0 votes)

Turizm həqiqətən də ölkə büdcəsinə bol vəsait gətirməyə qadirdir. “Yanardağ”, “Atəşgah”, “Kiş”, “Basqal” qoruğunu və “Diri Baba” türbəsini ziyarət etmək üçün turistlərə ötən il ümumilikdə 341 min 253 bilet satılıb. Ziyarətçilərin 162 min 798 nəfəri xarici, 178 min 455 nəfəri yerli vətəndaş olub. Dövlət Turizm Agentliyinin məlumatı əlbəttə ki diqqətçəkəndir. 

 

Ümumilikdə 2022-ci il ərzində turistlərə göstərilən xidmətlər üzrə bilet satışından 1 milyon 693 min 164 manat vəsait əldə edilib ki, bu məbləğin də 258 min 279 manat təşkil edən hissəsi ƏDV kimi dövlət büdcəsinə ödənilib.

 

Şəkildə: Yanardağ möcüzəsi

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)