Kitabxanada Fuad Məmmədovla görüş keçirilib

Rate this item
(0 votes)

Ötən gün Səbail  rayon  Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Kulturoloq, Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət  Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədovla  görüş  keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Bakı Şəhər  Mədəniyyət Baş İdarəsinin  nümayəndələri, Səbail rayon MKS-nin direktoru,Əməkdar  Mədəniyyət  işçisi Nüşabə Ələkbərova, C.Məmmədquluzadənin ev muzeyinin direktoru Yeganə Məmmədova, Nəriman Nərimanovun xatirə muzeyinin, Mərkəzi Kitabxananın və MKS-in 3 saylı filialının  əməkdaşları iştirak  ediblər. 

Kulturologiya elminin yaradıcısı, Mədəniyyət  və elm tarixi  nəzəriyyəsindən 200-dən artıq elmi, maarifləndirici işlərin, Azərbaycan cəmiyyətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısı Fuad  Məmmədov kulturologiya elminin əsasları, “Kulturologiya” fundamental əsəri haqqında ətraflı məlumat verib, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının xidmətləri  barədə danışıb, Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı mədəni fəaliyyətindən söhbət  açıb. Kulturologiya elminin cəmiyyətdə  əhəmiyyəti  mövzusunda sualları cavablandırıb. 

Həmçinin,  Fuad  Məmmədovun  elmi  fəaliyyətini  əks  etdirən video-çarx  da nümayiş  olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)