Bu gün World Heart Day - Ümumdünya ürək günüdür

Rate this item
(0 votes)

 

29 sentyabr. Ümumdünya ürək günü

 

World Heart Day. 70 il ərzində insan ürəyi 2 500 000 000 dəfə açılıb yumulur, hər açılıb yumulma zamanı arteriyaya 70-80 ml qan ötürür. Hər 12 zərbə bir litr qan deməkdir. Bu minvalla insan ürəyinin 70 il ərzində vurduğu qanla 3500 standart dəmiryolu sisternini doldurmaq mümkündür. Onu da nəzərə alın ki, fiziki gərginlik zamanı bu nəticələr 4-5 dəfə artmış olur. İnsan ürəyi çox zəhmətkeşdir, yetər ki, onu incitməyək, qayğısına qalaq. Bu gün məhz ictimaiyyətin fikrini ürək xəstəliklərinə yönəltmək məqsədi güdülür. Ürəyin əsas düşmənləri arterial təzyiq, qanda xolesterinin artması, artıq çəki, tütün və stresslərdir.

 

29 sentyabr. Qəhvə günü

 

Dünyanın əksər ölkələrində bu gün milli qəhvə günü kimi qeyd edilir. ABŞ isə bu gün həm milli qəhvə gününü, üstəlik də, milli Mokkaçino qəhvəsi gününü qeyd edir. Qəhvə çayla bərabər dünyada ən geniş yayılmış içkidir, normada qəbul edildikdə ürək-damar sisteminə fayda verir, yorğunluq və stresi aradan qaldırır.

 

İlk dəfə qəhvə Afrikada - Həbəşistanın cənub qərbində yerləşən Qaffa bölgəsində aşkar olunub. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilib. Yəmənin cənub qərb hissəsində becərilib. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünyada 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir. Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır. Dənəciklər qovrulduqdan sonra üyüdülür. Üyüdülmüş qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və Yabana adlanan maye hazırlanır. Onu kiçik piyalədə içirlər.

 

Dünyada ən məşhur qəhvə hazırlanma növləri amerikano, kappuçino, espresso, late ilə yanaşı həm də türk qəhvəsi hesab edilir. 1517-ci ildə Yavuz Sultan Səlimin dövründə türkəsilli Özdəmir paşa Yəməndə içdiyi və çox sevdiyi qəhvəni İstanbula gətirməklə qəhvəni Avropaya ilk gətirən şəxs kimi tarixə düşüb. Bu gün həmən qəhvə için, nuş olsun!

 

29 sentyabr. Mikkelancelo və Zolya

 

1913-cü ilin bu günündə alman mühəndisi Rudolf  Dizel – o şəxs ki dizel yanacağını kəşf edib, dünyadan köçüb. 1902-ci ildə məşhur fransız yazıçı Emil Zolya vəfat edib. 1897-ci ilin bu günündə Buenos-Ayresin Olimpo teatrında ilk dəfə tanqo ifa edilib. 1789-cu ildə ABŞ konqresi Amerika ordusunun yaradılması haqda qərar verib. 1571-ci ildə dünyaşöhrətli italyan rəssam Mikkelancelo dünyaya gəlib.

 

Varisin “21-30 sentyabrın təqvimi” yazısından