Sağ əlin verdiyini niyə sol əl bilsin ki?

Rate this item
(0 votes)

 

Sevilən müğənni Zamiq Hüseynov qonaq olduğu "Xəzər axşamı" verilişində bildirib ki, geyinmədiyi köhnə geyimlərini maddi vəziyyəti aşağı olan qohumlarına verir.

O deyib: 

"Qohumlar arasında çox kasıb insanlar var. Bir çox geyimlərimi hər uç, dörd aydan bir onlara bağışlayıram.

Deyirlər ki, güya geyimləri kiməsə verəndə öz enerjini onlara verirsən. Amma mən bu deyimlərə inanmıram. İllərdir ki, geyimlərimi qohumlarıma verirəm. Hansı qohumum mənimlə eyni ölçüdədirsə, ayaqqabılarımı, pencəklərimi və sairə əşyalarımı bağışlayıram".

İlk baxışda bir insanın humanizmi barədə xəbərdir. Amma iş ondadır ki, bunca xəbərlər günümüzə basqı etməkdədir. Heç bir vəclə insan etdiyi nəcib hərəkəti bunca reklam etməməlidir. Bizim xalq axı gözəl deyib: “Balığı tutub at dəryaya. Balıq bilməsə də xaliq biləcək”

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)