UNESCO-da Qeyri-maddi Mədəni irsin Qorunması Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyası keçirilir Featured

Rate this item
(0 votes)

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun Qeyri-maddi Mədəni irsin Qorunması Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyası keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Azərbaycan sessiyada Mədəniyyət Nazirliyinin nümayəndəsi, eləcə də UNESCO yanında daimi nümayəndəliyimizin diplomatları ilə təmsil olunur. Üç gün ərzində bir araya gələn 180 iştirakçı dövlətin nümayəndələri sessiya ərzində bütün dünyada canlı irsin qorunması və Konvensiyanın gələcəyinə dair mühüm məsələləri müzakirə edəcəklər. Həmçinin sessiyada Qeyri-maddi Mədəni İrs Fondunun resurslarından istifadə Planı və qeyri-hökumət təşkilatlarının akkreditasiyası məsələlərinə də baxılacaq. 

Sessiya çərçivəsində Qeyri-maddi Mədəni irsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12 yeni üzvü seçiləcək.