Diqqət! Ölkəmizdə ilk dəfə iFest keçiriləcək

23 İyul tarixində Mariott Boulevard Oteldə Event Office-in tərəfdaşlığı ilə  iFest 2024 keçiriləcək.

 

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı və Kapital Bankın Baş sponsorluğu ilə ölkəmizdə ilk dəfə keçiriləcək “iFest” -innovasiya və texnologiya festivalının maraqlı olacağına təşkilatçılar təminat verirlər.

“Ədəbiyyat və incəsənət” portalına Event Office-dən verilən məlumata görə, 1000-dən çox ziyarətçinin qatılacağı festivalda 30-a yaxın startapın sərgisi, investor görüşləri (pitching), “Startap Forum”un təqdimatı, panel müzakirələri, texnoloji şoular, maraqlı konsert proqramı baş tutacaq.

Silsiləvi xarakter daşıyan festival bu il COP 29`a həsr olunur və “Yaşıl texnologiya-yaşıl dünya naminə” şüarı ilə keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)