AYB Lənkəran bölməsi tədbir keçirib

 

İyunun 12-də AYB Lənkəran Bölməsi və Lənkəran Mərkəzləşdirilmiş kitabxana sisteminin birgə təşkilatçılığı ilə mərkəzi kitabxanın iclas zalında"Şəhidlər unudulmur" layihəsi çərçivəsində Vətən müharibəsində həlak olmuş Lənkəran şəhidlərinə həsr olunan "Payızın 44 anı" kitabının həmmüəllifləri Qafar Cəfərli və Xatirə Xatunla oxucuların görüşü keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsindən verilən xəbərə görə, tədbirdə şəhid ailələri, bölgə yazarları, ziyalılar,mədəniyyət işçiləri,məktəblilər iştirak ediblər. 

Çıxış edənlər böyük zəhmətlə başa gələn kitab barədə xoş sözlər deyiblər. 

Barələrində yazılan şeirlər ifa edilməklə şəhidlər böyük sevgi ilə yad ediliblər. 

 

“Ədəbiyyat və incəsənət”

(13. 07.2024)