Teatrdan kinoya Featured

Rate this item
(3 votes)

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət"

 

Tarixən daha qədim sənət olan teatrın kinoyla rəqəbətdə özünü necə aparması bir qədər köhnəlmiş məsələdir. Lakin yenə də  virtual-vizual janırların tüğyan etdiyi bu əsirdə teatr nəsə arxaik təəssurat yaradır. Azərbaycan xalqının ən qədim dövrlərindən  günümüzə qədər gəlib çatmış bu realist sənət hər zaman yüksək qiymətləndirilmişdir. 

Bəs niyə Aktyor sənətinin ən incə detayına qədər diqqətlə izlənilən teatr günümüzdə gənclərin diqqətini çəkmir?

Bununla belə bir sual meydana çıxır

Teatr öldü?

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı qara" tamaşalarından başlanır. Qabaqcıl Azərbaycan ziyalıları, sonradan Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda bu tamaşalarda "aktyor" kimi çıxış edirlilər.

Zaman zaman insanların diqqətini sənətə, təkmilləşməyə yönəldən teart sənəti bir müddətdən sonra yerini kinoyla əvəz etməyə başladı.

Və beləliklə kino yaranmağa başladığı gündən təbii emosiyalar gizlənməyə və insanların diqqətini başqa yönə çəkməyə başladı.

Bir çox aktyorlar kinonun aktyor yaradıcılığına mane olduğunu düşünürlər.

Bu həqiqətən belədirmi?

Bir çox əsaslı fikirlərə dayanaraq belə qərara gəlinir ki, teatr emosiyaları tam səmimiliklə göstərməyi sevir, kino sənətinin aparcı qüvvəsi olan kamera çəkilişləri isə gizlətməyi.

Polşalı teatr rejisoru və nəzəriyyəçisi deyirdi :"bizlər teatrın nə olduğunu müəyyənləşdirməyə çalışırıq, bu fəaliyyəti digər performans və səhnə kateqoriyalarından ayıran incə düşüncələr var. Bizim düşüncələrimiz aktyor-tamaşaçı arasındakı əlaqələrin hərtərəfli araşdırlımasını əhatə edir".

O düşünürdü ki, kino və teatr bir-biri üçün bir dayaq nöqtəsi deyil, hər ikisi də tamaşaçı və izləyici tərəfindən qiymətləndirilən yüksək sənətdir.

Düşünürəm ki, günümüzdə diqqətdən yayınan teatr və yazı sənəti qısa bir müddət ərzində öz itirdiyi mövqeini tutacaq. Çünki sənət bir yetişmədir, təkamüldür və bizi qaranlıqdan işıq alovuna çıxarmağa imkan verən bir yüksəlişdir.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)