Sabir Məmmədov sağ əliylə sol qulağını necə tutdu Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Sabir Məmmədovdur.

 

SABİR MƏMMƏDOV

(1961)

***

 

Kamal Həsənov var idi, professor, rəqs müəllimi. Çox gözəl insan və  çox yaxşı müəllim idi. Ruhu şad olsun.

“Babamızın babasının babası” filminə çəkildiyim üçün dərslərdə olmamışdım. Zaçot vaxtı idi:

– Balası, sən mənim dərsimdə olmamısan, mən sənə zaçot yazmayacağam, – dedi.

– Kamal müəllim üzrlü səbəbdən dərsdə olmamışam. Kinoya çəkilmişəm.

– Yaxşı eləmisən, adam kinoya çəkilər də. Yaxşı, de görüm nə bacarırsan?

– Tanqo, vals, uzundərə…

– Onu mən öyrətmişəm. Sən özün nə bacarırsan?

Ani fikirləşəndən sonra:

– Sağ əlimlə sol qulağımı tuta bilirəm, - dedim.

– Tut görüm…

Tutdum.

– Malades. Başqa nə bacarırsan?

– Sol əlimlə də sağ qulağımı tuta bilirəm.

– Tut görüm.

– Tutdum.

– Malades. Sən öz qulağıvı normal, adam kimi də tuta bilirsən?

– Əlbəttə.

– Malades. Ver zaçotkanı…

 

 

“Ədəbiyyat və incəsənət”

 (15.03.2023)