Mozambikdə səfir olmaq - MİNİATÜR HEKAYƏLƏR Featured

“Ədəbiyyat və incəsənət” portalı sizlər üçün Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

 

Dolanmaq olmur

 

 

Xeyrəddin Qoca diplomat tanışına zəng vurur, soruşur ki, "haradasan, gəl, görüşək". O da cavab verir ki, "işdən çıxıb bir-iki yas yerinə dəyəcəyəm..." 

X.Qoca onun sözünü kəsir:

-Hə, yaxşı peşə tapmısan, pis deyil. İşdən sonra mollalıq edirsən. Dolanmaq olar...

 

"Sən də onlara qarış..."

 

Bir gün yazıçılardan biri Xeyrəddin Qocanın qarabuğdayı olduğuna işarə edərək deyir:

-Sən get Mozambikə səfir, gördün ara qarışdı, məzhəb itdi, sən də onlara qarış, it...

 

Ədəbiyyat və incəsənət”

(02.07.2024)