GÜLÜŞ KLUBUnda Karantin Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

30 il öncə bir-birilərinə hansı gecə klubunun daha ecazkar olması barədə məlumat ötürən dostlar indi hansı yuxu dərmanının  daha effektiv olmasından dəm vururlar.

 

2.

Fransız azərbaycanlıdan soruşur:

-Niyə biz şəhərimizə Pari deyirik, sizsə Paris? Bu s hərfi hardan çıxıb?

Azərbaycanlı cavab verir:

-Bizdə əsas söyüşlər bu hərflə başlayır.

 

3.

Erməni lətifəsi:

-Aşot, haçana kimi sən arvad düşkünü olub evinə kefinə düşəndən düşənə gələcəksən? Ay vəfasız, bizim artıq 3 uşağımız var, sən it-batsan deyə heç biri də səndən deyil.

 

4.

-Atoppanın oğlu uje sroka oturub, amma sən hələ də mamanın boynunda oturmusan.

 

5.

-Salam. Mən müsahibəyə gəlmişəm.

-Salam, siz müsahibəyə gəlmisiz?

-Mən həmişə bir gediş irəlini fikirləşirəm.

-Sizin ən yaxşı keyfiyyətləriniz hansıdır?

 

6.

2055-cü il.

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda koronavirus epidemiyasının yayılmaması məqsədi ilə 2020-ci ildən tətbiq olunan karantin rejimi daha bir il uzadılmışdır. 

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)