Olan yerdən - MİNİATÜR HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

 

Xeyrəddin Qoca taksiyə minir. Sürücü başlayır şikayətlənməyə:

-Yenə səhər-səhər qanım qaraldı. Qaz pulu, işıq pulu, su pulu üçün gəlmişdilər.

X.Qoca dillənir:

-A kişi, bazardan havayı bir kiloqram pomidor ala bilərsən? Qaz, işıq, su işlətmisən, pulunu ödə də...

-Qaqaş, olan yerdən də...

Evinin yanına çatanda Xeyrəddin Qoca taksidən düşərək sürücüyə pul vermədən aralanır.

Sürücü:

-Qaqaş, gediş haqqını ver də!..

X.Qoca:

-Qaqaş, olan yerdən də! - deyə cavab verəndə görür ki, sürücü əsəbiləşir, qayıdıb gediş haqqını ödəyir.

 

Ədəbiyyat və incəsənət”

(24.06.2024)