0 və 8 Featured

Rate this item
(1 Vote)

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Sizin tanıdığınız hər bir insanın içində sizin tanımadığınız bir insan var.

 

2.

Kasıbın evindəki ağıllı soyuducu iki həftədən sonra məcbur olub özü marketə zəng vurdu ki, bəs bu ünvana bir qədər ərzaq gətirilsin. 

 

3.

8 acından qarnı yapışmış 0-dır.

 

4.

O körpunü yandırdı, amma hər ehtimala qarşı qayığı saxladı. 

 

5.

-Sən səhər kaşanı yedin?

-Yedim.

-Pampers taxdın?

-Taxdım.

-İndi neynirsən?

-Bütün idarə müdirlərini yığmışam, iclas keçirirəm. 

-Tamam.

 

6.

Ağıllı nə bacarırsa onu satır, səfeh isə nəyi varsa onu. 

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)