Böyük yaxşılıq Featured

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

İşdə olmuşam ki?..

 

Bir dəfə Xeyrəddin Qocaya deyirlər ki, işdə yol verdiyin ciddi nöqsana görə səni işdən çıxarırlar.

Xeyrəddin Qoca cavab verir:

-Bu mümkün deyil.

-Niyə?

-Mən heç işdə olmuşam ki, ciddi nöqsana da yol verim?

 

Böyük yaxşılıq

 

Yazıçı-satirik Xeyrəddin Qoca hörmətli bir nazirlə görüşür. Söhbət əsnasında o göstərdiyi yaxşılıq üçün nazirə minnətdarlığını bildirir. Nazir dillənir:

-Sağ ol, sən də mənə çox yaxşılıq eləmisən!

Xeyrəddin Qoca təəccüblə soruşur:

-Nə yaxşılıq eləmişəm sizə, hörmətli nazir?

-Məndən yazmamısan, deməli, yaxşılıq eləmisən də. Bundan böyük yaxşılıq?!

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024)